Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Veysəloğlu Qrup" MMC-yə 3,5 milyon avro və yaxud 7 milyon manat kredit ayırıb.
“Report” EBRD-yə istinadən xəbər verir ki, bununla bağlı Bankın Direktorlar Şurası qərar qəbul edib.
Borcun məqsədi koronavirus (COVID-19) pandemiyasının şirkətə təsirini azaltmaq və likvidlik problemini aradan qaldırmaqdır.
Xatırladaq ki, 1994-cü ildə Türkiyədə yaradılan "Veysəloğlu"nun 20-dən artıq ölkədə 100-dən çox satış nöqtəsi var.