2016-2020-ci illərdə bir sıra ölkələr biznesə başlamaq prosedurlarının sadələşdirilməsi və müflisləşmə ilə bağlı proqressiv addımlar atıb.
"Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) açıqladığı “Transition Report 2020-21” hesabatında bildirilir.
Sənədə əsasən, sözügedən sahələrdə Azərbaycan da ciddi irəliləyişə nail olub.
Hesabat dövründə Azərbaycan, Cənubi Kipr, Misir, Monteneqro və Mərakeşdə idarəetmə sahəsində ciddi irəliləyiş, Albaniya, Bosniya və Herseqovina, Monqolustan, Şimali Makedoniya və Polşada isə geriləmə baş verib", - hesabatda qeyd olunub.