ƏMDX növbəti torpaq hərraclarını elan edib

ƏMDX növbəti torpaq hərraclarını elan edib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 24-də növbəti dəfə torpaq hərracları keçirəcək.
Biznes
22 Noyabr , 2024 12:52
ƏMDX növbəti torpaq hərraclarını elan edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 24-də növbəti dəfə torpaq hərracları keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Mingəçevir, Ucar, Qazax, Beyləqan, Şamaxı, Şəki və Qəbələdə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 27 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi