Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Qalib şirkətə 4 milyon manat ödəniləcək.
Xatırladaq ki, “Az Graft Construction”a fevralda da eyni məqsədlə 3,5 milyon manat ödənilib.