“İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Elektron Kredit Platforması üzərindən daxil olmuş 148 milyon manatlıq 433 müraciətə zəmanət verib. Qüvvəyə minmiş müraciətlər üzrə zəmanət məbləği 75 milyon manata yaxın olub.”
“Report” xəbər verir ki, bunu nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, digər dəstək tədbiri olan 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində isə 20 milyon manatlıq subsidiya ödənişi həyata keçirilib.
“Ölkə başçısının müvafiq qərarı ilə təsis olunmuş "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na, "Silahlı Qüvvələrə Yardım Fondu"na, “YAŞAT Fondu"na və “Qarabağ Dirçəliş Fondu"na indiyə qədər ümumilikdə 400 milyon manata yaxın vəsait toplanıb. Bunun isə əhəmiyyətli hissəsi sahibkarlarımızın könüllü ianələri hesabına formalaşıb", - O.Məmmədov qeyd edib.