Fuad Muradov "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb

Fuad Muradov "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bir araya gəlib.
Biznes
24 İyul , 2024 19:06
Fuad Muradov MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb

Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bir araya gəlib.

Bu barədə R.Cabirli özünün sosial şəbəkələrindəki hesabında bildirib.

“82 fərqli ölkədə 179 şöbəsiylə 14 000 sahibkarı birləşdirən Türkiyənin ilk İş Adamları dərnəyi olan MÜSİAD və Diasporla İş üzrə Dövlət Komitəsi arasında mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı geniş müzakirələr apardıq”, - deyə R.Cabirli bildirib.

Bu məqsədlə işçi qrupun yaradılması ilə bağlı qərar verildiyini deyən R.Cabirli, əlavə edibki: "İnanırıq ki, bu görüş “Tək Millət” olan xalqlarımız arasında qlobal miqyasda diaspora fəaliyyətlərimiz üçün faydalı olacaqdır”.

Son xəbərlər

Orphus sistemi