“Global Management”in rəhbəri: "Uğurlu yol düzgün idarəetmədən keçir"

“Global Management”in rəhbəri: "Uğurlu yol düzgün idarəetmədən keçir" “Global Management” MMC-nin sertifikatlaşdırma məsələsində əsas məqsədi fəaliyyətində keyfiyyətin yüksək dərəcədə olmasını göstərmək idi.
Biznes
27 Dekabr , 2022 13:13
“Global Management”in rəhbəri: Uğurlu yol düzgün idarəetmədən keçir
Rövşən Nizamov

“Global Management” MMC-nin sertifikatlaşdırma məsələsində əsas məqsədi fəaliyyətində keyfiyyətin yüksək dərəcədə olmasını göstərmək idi.

"Report" xəbər verir ki, bunu “Global Management” MMC-nin İdarə Heyətinin sədri Rövşən Nizamov “Global Media Group” MMC-yə ISO sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

“Global Management” idarəetmə üzərində qurulub və uğurlu yol düzgün idarəetmədən keçir. Biz düzgün siyasətlə qarşıya qoyulan bütün məqsədlərə çata bilərik", - R. Nizamov deyib.

Onun sözlərinə görə, “Global Management”in portfelində 35-ə yaxın yerli və xarici şirkətlər var: "Əsas məqsədimiz müştəri məmnuniyyəti və görülən işin keyfiyyətinin maksimum dərəcədə yüksək olmasıdır. Dəyərli işçilərimizin vasitəsilə biz buna nail oluruq. Qarşıya qoyulan məqsəd və onun uğrunda görülən işləri rəhbərlik təyin edir. Rəhbərliyin göstərdiyi səy nəticəsində bu gün uğurlu nəticələr əldə etmişik. Buna görə “Global Media Group” rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bizim dəyərli işçi heyətimizə də fəaliyyət sahəsində daha da uğurlar arzulayıram. Gələcəkdə daha başqa sertifikatların da əldə edilməsi üçün komanda şəklində əzmlə çalışacağıq”.

Qeyd edək ki, “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi