Gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək

Gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək Xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər
Biznes
26 May , 2021 12:58
Gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək

Qarşıdan gələn 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi