Gömrük Komitəsi "Xanoba" postunun tikintisinə çəkilən xərcləri açıqladı

Gömrük Komitəsi "Xanoba" postunun tikintisinə çəkilən xərcləri açıqladı Bu ilin aprel ayında Azərbaycan Prezidenti "“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb
Biznes
25 Dekabr , 2020 15:23
Gömrük Komitəsi Xanoba postunun tikintisinə çəkilən xərcləri açıqladı

Dövlət Gömrük Komitəsi Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi "Xanoba" gömrük postunun kompleks tikintisi (birinci mərhələsi) üzrə elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “As İnşaat” MMC-dir.

Tikinti - quraşdırma işlərin aparılmasına görə şirkətə 8 mln manat ödəniləcək.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncam ilə, “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Həmçinin 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulacaq.

Qeyd edək ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Məntəqənin inşası birtərəfli qaydada Azərbaycan tərəfindən aparılacaq.

Son xəbərlər

Orphus sistemi