“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 000 manat köçürüb

“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 000 manat köçürüb Ölkəmizdə fəaliyyət göstərən məşhur “Günaydın” restoranı da işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 000 manat
Biznes
8 Oktyabr , 2020 20:45
“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 000 manat köçürüb

Ölkəmizdə fəaliyyət göstərən məşhur “Günaydın” restoranı da işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 000 manat köçürüb.

Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığında tarix yazan, inamlı qələbəyə addımlayan Ordumuz artıq Dünyada öz gücü və əzmi ilə adından söz etdirməkdədir. “Günaydın” kollektivi Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, adını müasir tariximizə qızıl hərflərlə yazdıran şanlı Azərbaycan Ordusu qarşısında baş əyir və Ordumuzla hər zaman qürur duyduğunu bildirir. Kollektivimiz inanır ki, Ordumuz hərbi əməliyyatları uğurla davam etdirəcək və ən qısa zamanda bizi qələbə xəbərləri ilə sevindirəcək.

Həmçinin onu da bildirək ki, “Günaydın” restoranı səfəbərlik əsasında xidmətə qoşulan əməkdaşlarının əməkhaqqını bu müddət boyunca tam olaraq ödəyəcək.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

Son xəbərlər

Orphus sistemi