Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 36,51 ton dərman preparatları idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun dəyəri 977,89 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana medikament ixracı 12,71 ton və yaxud 53,4 % artıb.