Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 1,461 milyon ABŞ dolları dəyərində 31 881,6 min ton sement idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə məhsulun həcmi 2,5 dəfə artıb.
Ötən ay qonşu ölkə Azərbaycandan 1,531 milyon ABŞ dolları dəyərində 2 808 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da idxal edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,5 % çoxdur.