Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 18,1 milyon ABŞ dolları olan 383 051 ton sement idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 170 492 ton və yaxud 1,8 dəfə artıb.