Çinin Sian şəhərindən Gürcüstanın paytaxtı Tbilisiyə ilk birbaşa konteyner blok qatarı fevralın 20-də çatacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “APM Terminals” şirkəti məlumat yayıb.
Məlumata əsasən, bu daşınma Gürcüstanın iri idxalçı şirkətlərindən birinə ehtiyatları effektiv idarə etməyə və yüklərin daşınma vaxtını əhəmiyyətli dərəcədə qısaltmağa imkan verib.
Şirkətdən qeyd olunub ki, blok qatarının Siandan Tbilisiyə çatma müddəti 21 gün təşkil edəcək. Bu marşrut Gürcüstan və Çin arasında yüklərin çatdırılması üçün ən sürətli və effektiv alternativ istiqamət hesab olunur.