Gürcüstan iqtisadiyyatı 16% böyüyüb

Gürcüstan iqtisadiyyatı 16% böyüyüb Bu ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal edilmiş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çox olub.
Biznes
31 Mart , 2022 11:42
Gürcüstan iqtisadiyyatı 16% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çox olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, təkcə fevralda iqtisaai artım isə 1 il əvvələ nisbətən 14,6% təşkil edib. Ötən ay artım istehsal, nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınmaz əmlak, incəsənət, əyləncə və rekreasiya, mədənçıxarma sənayesində olub.

Son xəbərlər

Orphus sistemi