Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 53% azalıb

Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 53% azalıb 2020-ci ildə Gürcüstan iqtisadiyyatına 616,9 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyulub
Biznes
11 Mart , 2021 11:06
Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 53% azalıb

2020-ci ildə Gürcüstan iqtisadiyyatına 616,9 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, illik müqayisədə sərmayələrin məbləğində 52,9% azalma qeydə alınıb.

Ötən il Gürcüstanın ilk üç əsas investoru Böyük Britaniya (307,8 milyon dollar), Niderland (172,1 milyon dollar) və Türkiyə (108,1 milyon dollar) olub.

Hesabat ilində sərmayələrin böyük hissəsi maliyyə, dağ-mədən sənayesi, daşınmaz əmlak, istehsal və tikinti sahələrinə yatırılıb.

Son xəbərlər

Orphus sistemi