2020-ci ilin IV rübündə Gürcüstanda işsizlik səviyyəsi illik müqayisədə 3,8 % artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, göstərici 20,4 % təşkil edib.
Oktyabr-dekabr aylarında şəhər yerlərində işsizlik səviyyəsi 22,2 %, kənd yerlərində isə 17,7 %-ə bərabər olub.
Kişilər arasında bu göstəricisi 22,4 %, qadınlar arasında isə 17, 8 % olub