Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 278,2 ton düyü ixrac olunub.
Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, qida məhsulunun ümumi dəyəri 285 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətdə Azərbaycan qonşu ölkədən düyü idxalını 80,52 ton və yaxud 41 % artırıb.