Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri həcmi 9 159,5 milyard ABŞ dolları təşkil edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15% azdır.
10 ay ərzində qonşu ölkənin ixracının dəyəri illik müqayisədə 11,1% azalaraq 2 715,3 milyard dollara, idxalının dəyəri isə 16,6% azalaraq 6,444,2 milyard dollara düşüb. Son nəticədə xarici ticarət dövriyyəsində 3 728,9 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 40,7%-dir.