Hindistan şirkətləri Azərbaycana çay ixracını artırmaq istəyir

Hindistan şirkətləri Azərbaycana çay ixracını artırmaq istəyir Hindistanın çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycan bazarında satışlarını artırmaq istəyir.
Biznes
17 Fevral , 2022 14:37
Hindistan şirkətləri Azərbaycana çay ixracını artırmaq istəyir

Hindistanın çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycan bazarında satışlarını artırmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə Bakıda, Hindistanın Azərbaycandakı Səfirliyi, bu ölkənin Çay Şurasının təşkilatçılığı ilə keçirilmiş, çayçılıq sahəsində əməkdaşlığa həsr edilmiş biznes forumda məlumat verilib.

Tədbirdə səfir Bavitlunq Vanlalyana, eləcə də iki ölkənin şirkətlərinin nümayəndələri iştirak edib. 30-a yaxın Hindistan şirkəti isə tədbirə onlayn qoşulub. Qeyd edilib ki, Hindistan şirkətləri Azərbaycana çay ixracını artırmaq istəyirlər.

Hazırda Azərbaycana idxalı edilən çayın 4,6%-i Hindistandan gətirilir.

Xatırladaq ki, 2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri təxminən 739 milyon ABŞ dolları təşkil edib. O cümlədən Azərbaycanın Hindistana ixracının dəyəri 594 milyon dollar, Azərbaycanın Hindistandan idxalının dəyəri isə 144,7 milyon dollar təşkil edib.

Hazırda Azərbaycanda 600-dən çox Hindistan şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi