"Azərsu" ASC Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması, bu məqsədlə mal-material alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azelmaş" Elmi-Texniki Firmasıdır.
Qalib şirkətə 2 128,7 min manat ödəniləcək.