"HUAWEI nova 12i": zərif korpusda yüksək texnologiya

"HUAWEI nova 12i": zərif korpusda yüksək texnologiya Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə Huawei smartfon dünyasında yeni standartlar təqdim etməkdə davam edir. Mobil cihazların yaradılmasına innovativ yanaşmanın daha bir nümunəsi "HUAWEI nova 12i" smartfonudur. Bu smartfon özündə qabaqcıl texno
Biznes
1 İyul , 2024 12:17
HUAWEI nova 12i: zərif korpusda yüksək texnologiya

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə Huawei smartfon dünyasında yeni standartlar təqdim etməkdə davam edir. Mobil cihazların yaradılmasına innovativ yanaşmanın daha bir nümunəsi "HUAWEI nova 12i" smartfonudur. Bu smartfon özündə qabaqcıl texnologiyanı, dəbli dizaynı və çoxfunksionallığı birləşdirərək alıcıların diqqətini cəlb edir. Beləliklə, bu cihazın əsas üstünlük və xüsusiyyətlərinə nəzər yetirək.

Dəbli dizayn

HUAWEI nova 12i-yə baxarkən diqqəti cəlb edən ilk şey onun zərif dizaynıdır. Qalınlığı cəmi 8,4 mm, çəkisi isə batareya ilə birgə 199 qram olan korpus göz oxşayır, incə və dəbli görünüşü təmin edir. Minimalist xətlər və keyfiyyətli materialların vəhdəti isə HUAWEI nova 12i-yə toxunarkən və ya onu əldə saxlayarkən xoş hisslər yaradır. İncə korpus və idarəetmə düymələrinin əlverişli yerləşməsi hətta bir əllə də rahat istifadəni təmin edir.

Güclü Performans

Texnologiya inkişaf etdikcə insanların tələbləri də böyüyür. Belə ki, HUAWEI nova 12i-nin malik olduğu səkkiz nüvəli Snapdragon 680 prosessoru smartfon sahibinə yüksək sürətlə işləmək və ən tələbkar proqram və ya oyunlardan istifadə etmək üçün tam dəstək verir. 8 GB operativ yaddaş sayəsində çox sayda tapşırıqları asan və rahat şəkildə həll etmək mümkün olur. 256 GB daxili yaddaş bütün lazımi məlumat, foto və videoları smartfonun yaddaşında saxlamağa imkan verir.

Geniş foto imkanları

Huawei həmişə mobil foto sahəsində yeniliyi ilə tanınıb və nova 12i də bu sahədə istisna deyil. Smartfon yüksək ayırdetmə qabiliyyətinə malik üçlü kamera sistemi ilə təchiz edilib. Belə ki, 108 MP əsas kamera, 2 MP dərinlik sensoru sayəsində sizin istənilən şəraitdə keyfiyyətli şəkillər çəkmək imkanınız yaranır. Süni intellektlə işləyən əsas kamera ilə istədiyiniz hər anı ən xırda detalına qədər dəqiq çəkə biərsiniz. Selfi etməyi sevərlər üçün önəmli olan 8 MP ön kamera müxtəlif çəkiliş rejimlərini dəstəkləyərək keyfiyyətli fotolarla sizi məmnun edəcək.

Ekran imkanları

"HUAWEI nova 12i"nin 90 Hz tezliyə malik 6,7 düymlük Full HD+ (1080 x 2388 piksel) ekranı bütün rəngləri və detalları aydın nümayiş etdirir. Böyük ölçülü ekran video izləmək, oyun oynamaq və internetdə axtarış etmək üçün çox rahatdır. Smartfonun malik olduğu gözlərin mavi işıqdan qorunma texnologiyası isə uzun müddət oxuyarkən və ya video izləyərkən gözləri yormur, cihazdan rahat istifadəni təmin edir.

Uzunömürlü batareya və sürətli şarj

"HUAWEI nova 12i"nin əsas üstünlüklərindən biri onun müstəqil işləmə rejimi ilə bağlıdır. 5000 mAh tutumlu akkumulyator gün ərzində əlavə şarj etmədən smartfonu istifadə etmək imkanı verir. 40 Vt sürətli şarj funksiyası sayəsində enerjisi tükənən smartfonu tez bir zamanda yenidən işə qaytara və istifadəyə davam edə bilərsiniz. Cəmi 30 dəqiqə ərzində isə "HUAWEI nova 12i"ni 62 %-ə qədər şarj edə bilərsiniz.

İnnovativ təhlükəsizlik texnologiyaları

"HUAWEI nova 12i"nin üz tanınması və işə salma düyməsi üzərində yerləşən barmaq izi skaneri kimi qabaqcıl təhlükəsizlik texnologiyaları smartfona ani girişi təmin edir. Bu funksiyalar sayəsində məlumatlarınızın məxfiliyi da qorunmuş olur.

"HUAWEI nova 12i" sizin üçün sadəcə bir smartfon deyil, eyni zamanda həyatınızı rahatlaşdıracaq çoxfunksiyalı köməkçi olacaq. Ən müasir texnologiya, xüsusi dizayn və innovativ xüsusiyyətləri ilə bu smartfon ən tələbkar istifadəçilərin belə ehtiyaclarını ödəməyə qadirdir.

Son xəbərlər

Orphus sistemi