Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor Group” ABŞ-ın robot istehsalçısı “Boston Dynamics”in 80 %-ni “SoftBank Group Corp”dan satın alacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, satınalma əməliyyatı təxminən 800-900 milyon von (736-828 milyon ABŞ dolları) aralığında baş tutması gözlənilir.
Mənbələrin məlumatına görə, İdarə Heyətinin sədri Euisun Chung “Boston Dynamics”in 20 %-nə, “Hyundai Motor” və qrupa daxil olan digər şirkətləri “Hyundai Mobis” və “Hyundai Glovis” isə ümumilikdə 60 %-lik səhm paketinə sahib olacaq.
"Hyundai" robot texnologiyasını sindikatlaşdırılmış fabriklərdəki avtomatlaşdırmanı artırmaq, həmçinin sürücüsüz nəqliyyat vasitələri, pilotsuz təyyarələr və paylama robotları kimi avtonom nəqliyyat vasitələrinin dizaynı üçün istifadə edəcək", - deyə E.Chung deyib.