IATA aviaşirkətlərin itkiləri ilə bağlı proqnoz göstəricisini artırıb

IATA aviaşirkətlərin itkiləri ilə bağlı proqnoz göstəricisini artırıb Bu il aviaşirkətlərin sərnişin sayı təxminən 2,4 milyard nəfər təşkil edə bilər ki, bu da keçən ilin göstəricisindən 30 faiz çoxdur
Biznes
22 Aprel , 2021 14:18
IATA aviaşirkətlərin itkiləri ilə bağlı proqnoz göstəricisini artırıb

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin ümumi xalis itkiləri ilə bağlı proqnoz göstəricisini yüksəldib.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

“IATA” bu ilin sonunda aviaşirkətlərinin itkilərinin 47,7 milyard dollar təşkil edəcəyini gözləyir. 2020-ci ilin noyabrında bu proqnoz 38,7 milyard, iyununda isə 15,8 milyard dollar təşkil edirdi.

Bu sahənin 2020-ci ildə itkiləri 126,4 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bu il aviaşirkətlərin sərnişin sayı təxminən 2,4 milyard nəfər təşkil edə bilər ki, bu da keçən ilin göstəricisindən 30 faiz çox, lakin COVID-19-dan əvvəlki 2019-cu illə müqayisədə 47 faiz azdır.

Hava nəqliyyatı sənayesinin gəlirlərinin 458 milyard dollara çatacağı gözlənilir. Bu 2020-ci ildəkindən 23 faiz çox, lakin 2019-cu ildəkindən 45 faiz azdır.

“IATA” bu sənayenin COVID-19 böhranından maddi cəhətdən zəifləmiş çıxacağını, xərclərin dayandırılmasının və ixtisarının sənayenin bərpasında əsas rol oynayacağını bildirib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası həmçinin, əvvəlki kimi, dünya hökumətlərini aviaşirkətlərə dəstək verməyə çağırır.

Son xəbərlər

Orphus sistemi