İdxal-ixrac göstəricilərinin daha dərin təhlili məqsədilə “Tableau” proqramının tətbiqinə başlanılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.
“İdxal-ixrac göstəricilərinin daha dərin təhlil edilməsi, nəticələrin vizuallaşdırılması və normalar üzrə kənarlaşmanın, avtomatlaşdırılmış qaydada xəbərdarlıq məlumatlarının alınması məqsədilə “Tableau” proqramının tətbiqinə başlanılıb”, - Dövlət Komitəsinin sədri qeyd edib.