Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) standartı ilə bağlı Azərbaycanda məlumatlılığın artırılması çox vacibdir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ESG üzrə regional eksperti Boris Janjalia "Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, bir çox ölkələr üçün ESG-nin tətbiqi çağırışların meydana gəlməsinə səbəb olub: “Ümumiyyətlə, ESG kimi platformalar birmənalı olaraq ehtiyac duyulan təşəbbüsüdür. Azərbaycan ESG standartının tətbiqi məsələsində doğru yoldadır. Bunu inkişaf etdirdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Bu, çox vacib addımdır”.