İFC: ESG standartlarının tətbiqi Azərbaycan şirkətlərini dünyada tanıdacaq

İFC: ESG standartlarının tətbiqi Azərbaycan şirkətlərini dünyada tanıdacaq Azərbaycanda milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarının tətbiqi və yerli şirkətlərin bu standartlarla tanışlığı nəticə etibarı ilə onların dünyada tanınmasına səbəb olacaq.
Biznes
20 Sentyabr , 2024 15:59
İFC:  ESG standartlarının tətbiqi Azərbaycan şirkətlərini dünyada tanıdacaq

Azərbaycanda milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarının tətbiqi və yerli şirkətlərin bu standartlarla tanışlığı nəticə etibarı ilə onların dünyada tanınmasına səbəb olacaq.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ESG üzrə eksperti Boris Janjalianı ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatında bildirib.

Onun sözlərinə görə, bu standartlar həmçinin şirkətlərin qlobal tədarük zəncirində iştirakına töhfə verə bilər.

"Azərbaycan tərəfi ilə müzakirələrdə IFC-nin bu məsələyə baxışını paylaşmağa çalışdım, çünki bizim ESG-yə dair öz yanaşmamız var. Bunun da ana xətti bütün proseslərin idarə edilməsidir. ESG sistemlərinin şirkətlərdə olması yaxşıdır, lakin realist olsaq, bu sahibkarlar üçün əlçatan məsələ, asanlıqla icra olunmayan sistem ola bilər. Odur ki, bizim yanaşmamız odur ki, nədənsə başlamaq lazımdır", - deyə IFC rəsmisi qeyd edib.

Bundan başqa, B. Janjalianı deyib ki, ESG standartlarının tətbiqində idarəedicilərin və rəhbərlərin dəstəyi vacibdir: "Azərbaycanın iri şirkətlərində, Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərən maliyyə qurumlarında Müşahidə Şuraları var. Onların bu prosesə dəstək verməsi çox vacibdir. Bununla yanaşı, heç də bütün şirkətlərin Müşahidə Şuraları yoxdur. Bu səbəbdən də şirkət rəhbərləri ESG standartlarının tətbiqini bir öhdəlik kimi deyil, məsuliyyət kimi, şirkətin gələcək dayanıqlı inkişafı üçün fövqal əhəmiyyətli proses kimi görməlidirlər. Mövcud şərait elədir ki, proseslər 10-15 il əvvəlki kimi olmayacaq, hər şey dəyişəcək. Bu dəyişiklərlə hazır olacaq üçün indidən lazımi proseslərə başlamaq lazımdır".

Son xəbərlər

Orphus sistemi