ABŞ-ın “Tesla” və “Space X” kimi şirkətlərinin təsisçisi İlon Mask (Elon Musk) dünya zənginləri siyahısında üçüncü pilləyə enib.
“Report” xəbər verir ki, “Forbes” dərgisinin tərtib etdiyi reytinqdə 144,7 milyard dollarlıq varidatın sahibi olan İ.Mask ötən axşam Fransanın “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun rəhbəri, 144,9 milyard dollara malik Bernar Arnonu (Bernard Arnault) önə çıxarıb. Dünyanın ən zəngin sakini isə artıq üç ildir “Amazon” alış-veriş portalının sahibi Cef Bezosun (Jeff Bezos) 187 milyard ABŞ dollarıdır.
Siyahıda dördüncü yerdə “Microsoft” şirkətinin təsisçilərindən 119,9 milyard dollarlıq varidat sahibi Buill Qeyts, beşinci yerdə isə “facebook” şirkətinin sahibi, 100,2 milyard dollara malik Mark Zukerberq qərarlaşıb.
Hərçənd “Bloomberg”in versiyasında dünyanın ən zəngin sahibkarı İlon Maskdır ki, varidatı 157 milyard ABŞ dolları təşkil edir.