“Tesla” və “SpaceX” kimi qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask dünyanın ən zəngin şəxslərinin siyahısında üçüncü yeri tutur.
“Report” xəbər verir ki, “Bloomberg”in təqdim etdiyi siyahıda varidatı 115,4 milyard dollara çatan İ.Mask 110,8 milyard dollara malik “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi dördüncü yerə sıxışdıra bilib. Belə ki, bu il “Tesla” şirkətinin səhmləri 6 dəfəyə yaxın bahalaşması nəticəsində 49 yaşlı Maskın varidatı 87,8 milyard dollar artıb.
Siyahıda birincilik isə “Amazon” onlayn alış-veriş portalının rəhbəri, varidatı 200 milyard dollar məbləğində dəyərləndirilən Cef Bezosa aiddir. İkinci yerdəki “Microsoft” şirkətinin təsisçisi Bill Geytsin 125 milyard dolları var.
Bununla yanaşı, C.Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott da 66,4 milyard dollarla dünyanın ən zəngin xanımı olub. Bu siyahıda ikinci yeri “L’Oreal” şirkətinin banisi Ejen Şullerin nəvəsi Fransuaza Betankur-Mayers tutur.