ABŞ-ın “Intel” korporasiyasının baş direktoru Bob Svon fevralın 15-də istefaya gedəcək.
“Report” xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan bəyanatda deyilir.
Qeyd olunur ki, şirkətin yeni baş direktoru Pet Gelsinger olacaq. Hazırda o, ABŞ-ın “Vmware” şirkətinin virtualizasiyası üçün proqram təminatının hazırlanması işinə başçılıq edir və eyni zamanda o şirkətin direktorudur.
“Intel”dən dəyişikliklərin şirkətin 2020-ci maliyyə ilinin nəticələri ilə əlaqəli olmadığı bildirilib.
B.Svon 2019-cu ilin yanvar ayından “Intel”ə başçılıq edir. Buna qədər isə yeddi ay ərzində şirkətin baş direktoru vəzifəsini müvəqqəti icra edib.