İordaniya Azərbaycanda biznes konsulluğu yaratmaq istəyir

İordaniya Azərbaycanda biznes konsulluğu yaratmaq istəyir İordaniya yaxın gələcəkdə Azərbaycan, Əlcəzair və Rusiyada yeni biznes konsulluqları yaratmaq istəyir.
Biznes
31 Mart , 2022 10:22
İordaniya Azərbaycanda biznes konsulluğu yaratmaq istəyir

İordaniya yaxın gələcəkdə Azərbaycan, Əlcəzair və Rusiyada yeni biznes konsulluqları yaratmaq istəyir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İordaniya İş Adamları Assosiasiyası (JBA) məlumat yayıb.

Məlumata görə, bu məsələ JBA-nın Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubay EXPO 2020” sərgisi çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə müzakirə olunub. Assosiasiyanın Baş direktoru Tareq Hijazi qeyd edib ki, qurumun sənaye, kənd təsərrüfatı, maliyyə, turizm, ticarət, təhsil, nəqliyyat, enerji və İKT kimi 10-dan çox sektoru təmsil edən üzvləri var. JBA fəaliyyət göstərdiyi 37 il ərzində 28 birgə şura yaradıb, 50-dən çox ölkə ilə 29 anlaşma və əməkdaşlıq memorandumu imzalayıb.

Son xəbərlər

Orphus sistemi