İpoteka və Kredit Zəmanət Fondu əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğunun keçirilməsi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 7-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 15-I, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun xəzinədarlıq departamentinin direktoru İlhamə İsabalayevadır. Telefon: (012) 441-24-23 (daxili 145).
Tenderin nəticəsi aprelin 16-da, saat 10:00-da Portalda açıqlanacaq.