“Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının özəl və qeyri-neft sektorunda 84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“2019-cu ildən bu sahədə başlanmış islahatlar nəticəsini verməkdədir”, - o qeyd edib.