Azərbaycanda qeyri-neft-qaz sektorunda artım tempi 6 % -dən çox ola bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.
Nazirlik rəsmisi bildirib ki, bu, Orta Dəhlizin hesabına reallaşa bilər.
"Bizim iqtisadi artım hədəflərimiz "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə təsbit edilib. Bu strategiyanın önəmi ondan ibarətdir ki, sənədlə hədəflər və tədbirlər arasında sıx əlaqə qurulub. Artıq strategiyası uğurla icra edilir, onun monitorinqi gündəmdədir. İlkin monitorinqə başlanılıb. Orta müddətli dövrdə qeyri-neft sektorunda 5 %-lik, ümumdaxili məhsul üzrə isə 3-4 %-lik orta illik iqtisadi artım tempi strategiyanın müəyyən etdiyi minimal hədəflərdir".