Biznes kreditlərinin əlçatanlığının əsas istiqamətlərindən biri kimi Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərini tətbiq edən layihələr nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti və Tənzimlənməsi Şöbəsinin müdiri Kamil Mirişov “Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib.
“Bu, kifayət qədər yeni bir məsələdir. Hesab edirik ki, bu istiqamətdə mühüm işlər görülüb və davam edir. Müddətin qısa olmasına baxmayaraq, əldə edilən nailiyyətlər yetərlidir. Eyni zamanda, yeniliyin qəbulu müəyyən vaxt tələb edir. Bu prosesi mümkün qədər sürətləndirmək üçün addımlar atılır. Lakin reallıqları da nəzərə almaq vacibdir,” - deyə o qeyd edib.