İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb

İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb “Telegram” kanalının rus və ingilis versiyalarının açılması da nəzərdə tutulur
Biznes
22 Aprel , 2021 13:55
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi bu istiqamətdə daha bir addım ataraq “Telegram” kanalı yaradıb (@economy_az).

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.

“Azərbaycan iqtisadiyyatı” adlı kanalda İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar paylaşılır, eləcə də region və dünya iqtisadiyyatında baş verən yeniliklər işıqlandırılır. Kanalda, həmçinin, infoqrafika və videomateriallar yerləşdirilir.

Qeyd edək ki, “Telegram” kanalının rus və ingilis versiyalarının açılması da nəzərdə tutulur.

@economy_az kanalına abunə olmaq üçün “Telegram” tətbiqini yükləmək lazımdır.

Son xəbərlər

Orphus sistemi