Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücülər ölkələrinə qaytarılıb

Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücülər ölkələrinə qaytarılıb Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz öl
Biznes
21 Oktyabr , 2021 09:28
Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücülər ölkələrinə qaytarılıb

Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.

"Report" bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə istinadən xəbər verir.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Son xəbərlər

Orphus sistemi