İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası olub

İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası olub Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirakı ilə İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası keçirilib
Biznes
23 İyun , 2021 11:05
İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası olub

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirakı ilə İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası keçirilib.

"Report" ASK-ya istinadən xəbər verir ki, iclas “Covid-19 pandemiyasının nəticələrinin yumşaldılmasında sosial tərəfdaş kimi işəgötürən təşkilatlarının rolu” mövzusuna həsr edilib.

Görüşü Latviya İşəgötürənlər Konfederasiyasının Prezidenti (LDDK) Vitalijs Gavrilovs açaraq iştirakçı dövlətlərdə hazırkı vəziyyət və koronavirus pandemiyası ilə əlaqədar dünyadakı iqtisadi inkişaf proqnozları barədə məlumat verib. LDDK-nin AB və beynəlxalq məsələlər üzrə müşaviri, Baş direktorun müavini Inese Stepiņa dayanıqlı inkişaf, böhran strategiyası ilə bağlı təqdimat edib.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxışında koronavirus pandemiyası dövründə hökumətin biznesə dəstək tədbirləri və işğaldan azad olunan Qarabağ torpaqlarında aparılan quruculuq işləri, böyük qayıdışa hazırlıq barədə iştirakçıları məlumatlandırıb.

Sonra 2022-ci il üçün ICCEU-nun dönəm sədrliyi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi