1995-2021-ci illərdə İsrail Azərbaycanın qeyri-neft sektoruna 24 milyon ABŞ dolları investisiya qoyub.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-İsrail biznes forumunda məlumat verilib.
Tədbirdə həmçinin qeyd edilib ki, bu ilin əvvəlinə Azərbaycanda 91 İsrail şirkəti qeydiyyatdan keçib. Həmin şirkətlər kənd təsərrüfatı, sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərirlər.