"Cənubi Qafqaz regionu 2017-2021-ci illər üçün əməkdaşlıq proqramı çərçivəsində İsveçrə dövlət qurumlarının idarəçiliyi ilə bağlı problemlərin həlli, ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi, makroiqtisadi proqnoz və s. məsələlərdə Azərbaycana dəstək verib".
“Report” xəbər verir ki, bunu İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktorunun müavini Alberto Hernandes mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsində bir çox layihələri əhatə edən bu proqram çərçivəsində İsveçrə regiondakı kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfə verir.
Sözügedən proqramın icrasında başlıca tərəfdaşın Dünya Bankı, digər tərəfdaşların isə Beynəlxalq Maliyyə Korporasiyası, BMT İnkişaf Proqramı (UNDP), habelə yerli özəl şirkətlər olduğu diqqətə çatdırılıb.