IV Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzi rəsmən açılıb

IV Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzi rəsmən açılıb "IV Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışını qeyd edirik@.
Biznes
23 Fevral , 2022 14:26
IV Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzi rəsmən açılıb

Bu gün Bakıda Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Tədbirdə nazir Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, bir sıra dövlət qurumlarının, elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və startap mərkəzlərinin nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Dünya İqtisadi Forumunun İcraçı Komitəsinin üzvü, Avropa, Asiya və Yaxın Şərq regionu üzrə rəhbəri Mirek Duşek çıxış edib, davamlı, dayanıqlı inkişafın təmin olunmasında rəqəmsallaşmanın və müasir texnologiyaların rolunu qeyd edib, özəl sektorun bu sahənin inkişafına daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var.

Tədbir çərçivəsində “Dördüncü sənaye inqilabına əsaslanan iqtisadiyyat” sessiyası keçirilib. Sessiyada sualları cavablandıran M/Cabbarov 4Sİ texnologiyalarının və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşüb. O, bildirib ki, bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və aparıcı ölkələr sırasında yer alması qarşımızda duran məqsədlərdəndir. Bu istiqamətdə Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan IV Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

B.Brende MDB regionunda ilk dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin regional bilik mərkəzinə çevriləcəyinə əminlik yaradır.

Son xəbərlər

Orphus sistemi