İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Microsoft Azərbaycan” MMC arasında Anlaşma Memorandumları imzalanıb.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
"Bu əməkdaşlıqlar ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı və yüksək texnologiyalara əsaslanan ekosisteminin formalaşdırılması üçün yeni imkanlar açır", - deyə o, qeyd edib.