KİA-nın yeni loqosunun təqdimatı Ginnesin Rekordlar Kitabına düşüb

KİA-nın yeni loqosunun təqdimatı Ginnesin Rekordlar Kitabına düşüb Cənubi Koreyanın aparıcı avtomobil istehsalçısı KİA özünün yeni loqosunu və yeni şüarını ("İlham verən hərəkət") ictimaiyyətə təqdim edib.
Biznes
7 Yanvar , 2021 10:08
KİA-nın yeni loqosunun təqdimatı Ginnesin Rekordlar Kitabına düşüb
0 : 00
0 : 00

Cənubi Koreyanın aparıcı avtomobil istehsalçısı KİA özünün yeni loqosunu və yeni şüarını ("İlham verən hərəkət") ictimaiyyətə təqdim edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı ölkənin İnçon şəhərində keçirilən tədbirdə 303 dron sinxron şəkildə fişəng ataraq yeni loqonu səmada izləyicilərə göstərib. Bununla da, tədbir eyni vaxtda fişəng atan dronların sayına görə rekord vuraraq Ginnesin Rekordlar Kitabına düşüb.

“Yeni loqomuz dəyişiklik və yeniliklərin simvolu olduğumuzu əks etdirir. Avtomobil sənayesi sürətli dəyişiklik tələb edir. KİA da buna uyğunlaşır", - KİA-nın prezidenti və baş icraçı direktoru Ho Sunq Sonq bildirib.

Son xəbərlər

Orphus sistemi