"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qubada “KOB Fest” sərgi-satış yarmarkası təşkil edib. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, X
Biznes
18 İyun , 2022 13:08
KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qubada “KOB Fest” sərgi-satış yarmarkası təşkil edib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1 000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri də sərgilənir.

Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.

Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.

“Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən istehsal olunan məhsulların tanıdılması, həmin məhsulların satışına dəstək olmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Bu tədbirlərin məqsədi satış yarmarkası olsa da, əsas məqsəd sahibkarların bir-birini tanımasına, onların fəaliyyətlərinə dəstək olmaqdır. Qarşılaşdığımız problemlərdən biri budur ki,  sahibkarlar bu kimi tədbirlərə maraq göstərmirlər”, -  KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov “KOB Fest"in açılışında bildirib.

Onun sözlərinə görə, KOBİA  ölkədə ekosahibkarlıq sisteminin  yaradılmasında çox maraqlıdır.
 

KOBİA rəsmisi sahibkarlara çağırış edib: “Şimal regionunda ən böyuk “KOB Evi” Xaçmaz rayonunda fəaliyyət göstərir ki, sahibkarlar mərkəzin xidmətlərindən yararlana bilərlər”.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda keçirilən "KOB Fest" sərgi-satış yarmarkası sayca altıncıdır və saat 20.00-dək davam edəcəkdir.

Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər.

Növbəti “KOB Fest” sərgi-satış yarmarkasının iyulun 7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi