İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) badam (1), limonad (2), qazlı və qazsız içkilər (3) və sabun (4) istehsalı ilə bağlı bazar araşdırması aparılması üçün 4 açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderlərdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 22-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 1-I, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Nəticələr iyulun 2-də, saat 11:000-da Portalda açıqlanacaq.