İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin direktoru Elşən Qurbanov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik Azər Hüseynova həvalə olunub.
Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında 500 min manat nizamnamə kapitalı ilə yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.