KOBİA-nın dəstəyi ilə yaradılmış portal yeni kampaniyaya başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış portal yeni kampaniyaya başlayıb Bu gündən etibarən www.kobmarket.az portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək.
Biznes
6 Sentyabr , 2021 10:35
KOBİA-nın dəstəyi ilə yaradılmış portal yeni kampaniyaya başlayıb

Bu gündən etibarən www.kobmarket.az portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, kampaniya oktyabrın 6-na qədər davam edəcək.

Hazırda www.kobmarket.az portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1100-dən çox məhsul yerləşdirilib.

Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün KOBİA-nın dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.

Son xəbərlər

Orphus sistemi