KOBİA-nın sədri ABŞ-Azərbaycan Ticarət Palatasının sədri ilə görüşüb

KOBİA-nın sədri ABŞ-Azərbaycan Ticarət Palatasının sədri ilə görüşüb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüşüb.
Biznes
9 Avqust , 2021 19:29
KOBİA-nın sədri ABŞ-Azərbaycan Ticarət Palatasının sədri ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüşüb.

"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə Agentliyin yeni sahibkarlıq subyektlərinin yaradılmasına və KOB-ların inkişafına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOBİA Azərbaycan KOB-larının layihələrinə ABŞ investorlarının cəlb edilməsinə, hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dəstək göstərə bilər.

Görüşdə yerli sahibkarların potensial layihələrinin ABŞ-da keçirilən “roadshow” tədbirlərində təqdim edilməsi, ABŞ-ın Kiçik Biznes Administrasiyası ilə əməkdaşlıq, ABŞ-la ticarət əməliyyatlarının aparılmasında maraqlı olan yerli KOB-lar üçün Agentliyin KOB inkişaf məkəzlərinin imkanlarından istifadə olunmaqla təlimlərin təşkili, KOB klasterlərin yaradılmasında iştirak məsələləri də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi