KOBİA-nın şirkətinin nizamnamə kapitalı yenidən artırılıb

KOBİA-nın şirkətinin nizamnamə kapitalı yenidən artırılıb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 0,4 milyon manat və yaxud 16% artırılıb.
Biznes
23 Sentyabr , 2021 16:25
KOBİA-nın şirkətinin nizamnamə kapitalı yenidən artırılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 0,4 milyon manat və yaxud 16% artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 2,5 milyon manatdan 2,9 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər

Orphus sistemi