KOBİA: "Ölkəyə idxal edilən dərmanın sənədləşdirilməsində çətinliklər var"

KOBİA: "Ölkəyə idxal edilən dərmanın sənədləşdirilməsində çətinliklər var" "Azərbaycana gətirilən dərman və qida əlavələrinin sənədləşdirilməsində çətinliklər var".
Biznes
1 İyul , 2022 11:40
KOBİA: Ölkəyə idxal edilən dərmanın sənədləşdirilməsində çətinliklər var

"Azərbaycana gətirilən dərman və qida əlavələrinin sənədləşdirilməsində çətinliklər var".

"Report" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bunu qurumun sədri Orxan Məmmədov bildirib.

O, bu barədə "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə danışıb.

“Bəzi hallarda sahibkarların ölkəyə idxal etdiyi məhsulların rəsmiləşdirilməsi böyük vaxt itkisinə səbəb olur. Məhsulların laboratoriyalarda yoxlanması vaxtı onların xarab olmasına, istifadə müddətinin ötüb keçməsinə səbəb olur. Bununla bağlı özəl laboratoriyaların yaradılıb bu işlərə cəlb olunmasını təklif edirik”, - deyə O.Məmmədov qeyd edib.

Digər problemin özəl tibbi mərkəzlərinin qurulması, özəl tibb fəaliyyəti üçün normativlərin mürəkkəbliliyi ilə bağlı olduğunu deyən sədr bununla bağlə təkliflər də səsləndirib: “Bu problem tikintinin, maddi-texniki bazanın qurulmasının tələblərinin mürəkkəbliliyi kimi də başa düşülə bilər. Həm də sahibkarlar bu tələblərin mövcud imkanlar baxımından çətinlik yaratdığını daim qeyd edirlər. Buna görə də aidiyyəti qurumlar tərəfindən bu tələblərə yenidən baxılmasını və müvafiq monitorinqlərin aparılmasını təklif edirik”.

Son xəbərlər

Orphus sistemi